AZ

“Regional gərginliyin davam etməsi qlobal bazarlarda qeyri müəyyənliyi artırır” Rəy

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Hörmüz boğazındakı gərginlik Almaniya və digər Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi təhdid yaradır. Qısa müddətli iqtisadi itkilər inflyasiyanı artırır, sənaye xərclərini yüksəldir və daxili bazarda istehlak gücünü zəiflədir. Uzunmüddətli perspektivdə isə Avropanın dayanıqlılığı enerji təchizatının diversifikasiyası və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlıdır. Almaniya hökumətinin diplomatik və iqtisadi strategiyaları bu tendensiyaları balanslaşdırmağa çalışır, lakin regional gərginliyin davam etməsi qlobal bazarlarda qeyri-müəyyənliyi artırır və iqtisadi sabitliyi təhdid edir”.

İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. Onun sözlərinə görə, əlavə olaraq, Almaniya və Avropa üçün enerji siyasətinin gələcəkdəki uğuru yalnız qısa müddətli siyasət tədbirlərindən deyil, həm də strateji diversifikasiya, infrastrukturun möhkəmləndirilməsi və bərpa olunan enerji mənbələrinin sürətli inkişafından asılı olacaq.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
525.az

1Mənbələr