AZ

Strateji layihələrə yalnız biznes subyekti kimi baxılır Mütəxəssis

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan internet seqmentinin rəqabət həcmi kiçik olduğu üçün strateji layihələrə yalnız biznes subyekti kimi deyil, "Milli İnternet Resursları" statusu ilə, sosial məsuliyyət çərçivəsində yanaşılmalıdır. Daha öncə bu sahədəki boşluqları və dəstək ehtiyaclarını aidiyyəti qurumların rəhbərliyinə çatdırsaq da, təəssüf ki, irəli sürdüyümüz təşəbbüslər indiyədək diqqətdən kənarda qalıb”.

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, hər nə qədər bu layihələr fərdi və ya biznes təşəbbüsü kimi başlasa da, bazarın məhdudluğu onların qlobal nəhənglərlə təkbaşına rəqabət aparmasını qeyri-mümkün edir. Hətta ABŞ kimi nəhəng bazarlarda belə strateji əhəmiyyətli layihələrə dövlət və ya iri korporativ sektor tərəfindən xüsusi qayğı göstərilir. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük. Xarici sosial şəbəkələrə giriş məhdudlaşdıqda, yerli və təhlükəsiz platformalara nə dərəcədə ciddi ehtiyac olduğu aydın şəkildə müşahidə olundu.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
525.az

1Mənbələr