ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin dronları Rusiyanın Krasnodar diyarının eyni adlı şəhərindəki Tixoretsk neft nasos stansiyasının infrastrukturuna zərbə endirib.
Reyting.az Ukrayna mediasına istinadla xəbər verir ki, Tixoretsk neft mərkəzi Rusiyanın cənubundakı ən böyük neft daşınma məntəqələrindən biridir. Orada böyük bir neft anbarı və terminal yerləşir, üstəlik, Rusiya yanacağı və neft məhsullarının logistikasında mühüm rol oynayır.
Mənbənin sözlərinə görə, obyektə zərbə endirildikdən sonra genişmiqyaslı yanğın baş verib. Videoda bir neçə alovlanma mənbəyi - ehtimal ki, yanacaq çənləri görünür.
Rusiya hakimiyyəti neft anbarına hücumu təsdiqləyib və yanğını söndürmək üçün 26 texnikanın səfərbər edildiyini bildirib.
“Martın əvvəlində SBU Müdafiə Qüvvələri ilə birlikdə Novorossiysk limanının neft infrastrukturunu uğurla hədəfə alıb. Novorossiyskə neft məhsulları üçün yeganə təchizat xətti olan Tixoretsk neft mərkəzinin bu gün məhv edilməsi düşmənin neft logistikasına ciddi zərbə vurub. SBU-nun bu cür sistematik xüsusi əməliyyatları təchizatı pozur, neft məhsullarının limanlara daşınmasını çətinləşdirir və düşməni logistika marşrutlarını dəyişdirməyə məcbur edir. Bu, birlikdə həm Rusiyanın hərbi imkanlarını, həm də müharibə aparmaq üçün iqtisadi qabiliyyətini zəiflədir”, - deyə SBU-dakı məlumatlı mənbə bildirib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.