AZ

Bu içki allergiya zamanı asqırmanı azalda bilər

Toz halında yaşıl çaydan hazırlanan Matcha içkisinin allergik rinit zamanı asqırma hallarını azalda biləcəyi müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu nəticəyə Hiroşima Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri "npj Science of Food" elmi jurnalında dərc olunub.

Eksperiment zamanı mütəxəssislər süni şəkildə "Allergic Rhinitis" (saman qızdırması) əlamətləri yaradılan siçanlar üzərində matchanın təsirini araşdırıblar. Heyvanlara beş həftədən artıq müddətdə həftədə iki-üç dəfə bu içki verilib, həmçinin allergenə məruz qalmazdan əvvəl əlavə doza tətbiq olunub.

Nəticələr göstərib ki, matcha qəbul edən siçanlarda asqırma tutmalarının sayı xeyli azalıb.

Tədqiqatçılar müəyyən ediblər ki, bu içki allergiyanın əsas immun mexanizmlərinə demək olar ki, təsir göstərmir. Adətən allergik reaksiyalar immunoqlobulin E anticisimləri, tuk hüceyrələri və T-limfositlərlə əlaqəli olur, lakin bu göstəricilərdə ciddi dəyişiklik müşahidə edilməyib.

Əvəzində matchanın sinir sisteminə təsir etdiyi məlum olub. Alimlər içki qəbulundan sonra asqırma refleksi ilə əlaqəli olan beyin kötüyündə c-Fos geninin aktivliyinin azaldığını müəyyən ediblər.

Tədqiqatın rəhbəri professor Osamu Kaminuma bildirib ki, matcha asqırma refleksini işə salan neyronların aktivliyini zəiflədir, bu da simptomların azalmasına səbəb olur.

Alimlər hesab edirlər ki, gələcəkdə matcha allergik rinit əlamətlərini yüngülləşdirmək üçün əlavə təbii vasitə kimi istifadə oluna bilər.

Seçilən
52
1
far.az

2Mənbələr