AZ

Küveytə dron hücumu olub – Yaralananlar var


Küveyt ölkənin cənubunda bir binanı hədəf alan dron hücumunda 2 nəfərin yaralandığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, xəsarət alan 2 nəfər xəstəxanaya aparılıb. Hücum nəticəsində binada başlayan yanğın söndürülüb və bina sakinləri təxliyə edilib.
Qeyd edək ki, fevralın 28-də Tehran və Vaşinqton arasında danışıqlar davam edərkən İsrail və ABŞ İrana hərbi hücuma keçib. ABŞ-İsrail hücumları İranın dini lideri Ayətullah Əli Xamenei və bir sıra digər yüksək vəzifəli məmurların həyatını itirməsinə səbəb olub.
Seçilən
43
yeniavaz.com

1Mənbələr