İran ordusu ölkə ərazisində yerləşən yeraltı hərbi strukturlarından birinin görüntülərini yayımlayıb. Görüntülərdə yüksək sürətli təyyarələr, gəmi əleyhinə raketlər və dəniz minaları da daxil olmaqla müxtəlif müasir silahların saxlandığı yerlər göstərilir.
Hafta.az yazır ki, yeraltı tunellərin İranın hərbi potensialını gücləndirmək və potensial təhdidlərə sürətli reaksiya vermək üçün tikildiyi bildirilir.
Görüntülərdə uzun tunellər boyunca yerləşdirilən silah sistemləri, xüsusi platformada yerləşdirilən dronlar və gəmi əleyhinə raketlər göstərilir. Bundan əlavə, bəzi mənbələrə görə, bu yeraltı strukturlar strateji əhəmiyyətli ərazilərin yaxınlığında tikilir. Mütəxəssislər hesab edirlər ki, bu cür strukturlar silahların xarici hücumlardan qorunmasına və hərbi texnikanın gizlədilməsinə imkan verir. Eyni zamanda, İran bu yolla müdafiə potensialını və hərbi imkanlarını nümayiş etdirməyə çalışır.