AZ

Sabiq Kansler: Düşmənçilikdən uzaqlaşmaq və həll yolları barədə düşünmək vacibdir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 mart, AZƏRTAC

Düşmənçilikdən uzaqlaşmaq və beynəlxalq hüquq, normativlər və əməkdaşlıq prinsiplərinə əsaslanan həll yolları barədə düşünmək vacibdir. Təəssüf ki, hazırda Qlobal Şimal və Qlobal Cənub ölkələrinin hər biri eyni əsas təhlükə və çağırışlarla üzləşir. Lakin problem ondadır ki, eyni yanaşmanı bütün tərəflərə tətbiq etmək mövcud uçurumu daha da dərinləşdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulu paneldə Avstriyanın sabiq Federal Kansleri Alfred Quzenbauer deyib.

O qeyd edib ki, bu səbəbdən strategiyalar regionların spesifik vəziyyətləri, sosial-iqtisadi və siyasi şəraitləri nəzərə alınaraq formalaşdırılmalıdır. Dialoq və əməkdaşlıq hər iki tərəfin maraqlarını qorumaq üçün əsas vasitə olmalıdır. Eyni zamanda, təhlükəsizlik məsələlərində fərqli yanaşmaların birləşdirilməsi, qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinin gücləndirilməsi qlobal stabilliyin təmin olunmasında həlledici rol oynaya bilər.

Alfred Quzenbauer 21-ci əsrdə qlobal təhlükəsizliyin yalnız hərbi və siyasi aspektlərlə məhdudlaşmadığına diqqət çəkib. Bildirib ki, qlobal təhlükəsizlik həm də sosial, iqtisadi və ekoloji təhlükəsizlik elementlərini əhatə edən daha kompleks və çoxşaxəli anlayış kimi qiymətləndirilməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
3
azertag.az

4Mənbələr