AZ

İsraildə həlak olan azərbaycanlı dəfn edildi: Çərşənbə bayramına gələcəkdi... – VİDEO

Martın 9-da İsrailə raket hücumu nəticəsində həlak olmuş azərbaycanlı Amid Əligüllah oğlu Murtuzov dəfn edilib. Musavat.com xəbər verir ki, hadisə nəticəsində iki azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həyatını itirib. Amid Murtuzov həm Azərbaycan, həm də İsrail vətəndaşı idi. Hücum Yehud şəhərinin tikinti sahəsində baş verib.

A.Murtuzov ailəsi ilə birgə 20 il əvvəl İsrailə miqrasiya edib. O, əslən Hacıqabul rayonundandır və İsrailin Petax Tikva şəhərinin sakini olub. Amid Murtuzovun atası Əli Murtuzov bildirib ki, oğlu bilet alıb evinə geri dönməli imiş:
"Oğlum bilet almışdı ki, evinə gəlsin. Çərşənbə bayramına görə gələcəkdi. Amma müharibə başladı, gələ bilmədi. Hadisə günü iş yerinə baş çəkməyə getmişdi. Həmin vaxt obyektin yanına raket düşüb. Oğlum elə orada dəfn olunub. Yollar bağlı olduğuna görə cənazəsini Azərbaycana gətirə bilmədik."
Musavat.com dəfndən görüntüləri təqdim edir.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
35
1
musavat.com

2Mənbələr