AZ

Tətil günlərində rayonlarda da yarmarkalar keçiriləcək

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC 12 məntəqədə "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil edəcək.

"Yeni Sabah" xəbər verir ki, yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının yanı) ünvanında olan yarmarkada hər gün Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilər.

Novruz yarmarkaları regionlar da daxil olmaqla ümumilikdə 11 əlavə məntəqədə təşkil ediləcək.

Martın 13-17-də paytaxtın müxtəlif ərazilərində – "Əhmədli", "Neftçilər", "Nəriman Nərimanov", "Azadlıq prospekti" və "Elmlər Akademiyası" metrostansiyalarının çıxış hissələrində, eyni zamanda, regionlarda- Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının qarşısı), Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri Heydər Əliyev prospekti 541 və Abşeron rayonunun Mehdiabad qəsəbəsində "Qarant" yaşayış kompleksi ərazisində Novruz bayramı yarmarkaları fəaliyyət göstərəcək.

Bundan əlavə, Cəbrayıl rayonunun Horovlu kəndində, Zəngilan rayonunun Ağalı kəndində səyyar yarmarkalar təşkil olunacaq.


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr