AZ

Azərbaycan üçün əsas məsələ: Regional təhlükəsizlik

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son dövrlərdə regionda baş verən geosiyasi dəyişikliklər göstərir ki, hər bir ölkənin inkişafı, əhalinin rifahı üçün təhlükəsizlik və sabitlik əsas amildir. 

Bu baxımdan, Azərbaycan daim öz milli maraqlarını qorumağa çalışır. Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə daim diqqət yetirir.

“Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. İndi hər zamankından daha aydın görünür ki, təhlükəsizlik, sabitlik və təhlükəsiz yaşayış məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. 

İnkişaf üçün illərlə, hətta onilliklərlə investisiya qoymuş ölkələr indi risklərlə üz-üzədir. Buna görə də təhlükəsizlik və sabitlik səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. 

Çünki işğal dövründə dəfələrlə qeyd etdiyim kimi, bizim üçün sülhün təmin olunması və suverenliyimizin bərpası gündəliyimizin əsas məsələsi idi”, – deyə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində vurğulayıb. 

Deputat Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində növbəti tarixi çıxışı ilə bir daha bütün dünyaya Azərbaycanın mövqeyini bəyan etmiş oldu: 

“Budəfəki çıxışında hər zamankından daha çox dünyanın ehtiyacı olan təhlükəsizlik və sabitlik məsələlərindən danışan cənab Prezident hər zaman Azərbaycanın bölgədə və dünyada təhlükəsiz, sabit, əmin-aman bir şəraitin bərpa olunması, davam etməsinə tərəfdar olduğunu və bunun üçün bütün səylərini bu günə qədər olduğu kimi, bundan sonra da davam etdirəcəyini açıqlamış oldu”. 

Deputat bildiribr ki, ümumiyyətlə, Azərbaycan bütün dövrlərdə istər bölgədə, istərsə də dünyada baş verən hadisələrlə bağlı hər zaman sabit mövqe nümayiş etdirib. 

Azərbaycanın daxili siyasəti təkcə ölkəmizin deyil, həmçinin dünyanın bütün xalqlarının rahat, sabit şəraitdə yaşaması, iqtisadiyyatlarını inkişaf etdirməsi, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlayış münasibəti şəraitində beynəlxalq münasibətlərin davam etdirilməsi kimi amillər ətrafında birləşib:

“Cənab Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı ilə Azərbaycanın indiyəqədərki mövqeyini bir daha açıq şəkildə bəyan etdi”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

XIII Qlobal Bakı Forumu Jalə Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
1
cebheinfo.az

2Mənbələr