AZ

Şagirdlərin əhəmiyyətli bacarıqlara ehtiyacı var Təhsil eksperti

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İnsanların dərslərdən daha əhəmiyyətli bacarıqlara ehtiyacı var. Bunlar həyatın qarşıya çıxardığı müxtəlif situasiyalara uyğunlaşa bilmək, sağlam münasibətlər qurmaq və xoşbəxt ola bilmək, psixoloji möhkəmlik və ruh sağlamlığının qayğısına qala bilmək kimi bacarıqlardır. Bu bacarıqlar gündəlik həyatdakı münasibət və fəaliyyətlərdə öyrənilir. Məktəblər gündəlik həyatın bir hissəsi olaraq bu bacarıqları uşaqlara verməlidirlər”.

Bunu 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov bildirib. Onun sözlərinə görə, şagirdlər məktəblərdə qışqırıq, qəzəb, ayrıseçkilik, ikili standart, dəyərsizlik, nəzərə alınmamaq kimi mənfi hallarla qarşılaşırmı? Bunların tam əksi hallarla qarşılaşırsa uşaqlar, onda bu uşaqlar gələcəyin sosial-emosional səriştələrini qazanacaqlar. Bu səriştələr uşaqları daha sağlam, daha uğurlu, daha xoşbəxt hala gətirəcək. Müəllimin şagirdə, direktorun müəllimə, sektor və regional təhsil idarəsinin direktora münasibətləri bütün iqlimi, atmosferi müəyyən edir.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
525.az

1Mənbələr