
İsrail İrandakı hədəflərə qarşı bir sıra zərbələr endiriləcəyini açıqlayıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) mətbuat xidməti bu barədə məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri (İMQ) ölkə daxilində İranın "terrorçu rejiminin" infrastrukturunu hədəf alan genişmiqyaslı hücumlar dalğasına başlayıb",-bəyanatda deyilir.
Qeyd edək ki, hücumla bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
İlahə Qənbərli
Missiya.Az