AZ

“Müharibənin başa çatması Rusiyanın iradəsindən asılıdır” - Zelenski

“Rusiyanın Ukraynaya qarşı müharibəsi mümkün qədər tez başa çatmalıdır. Lakin çox şey təcavüzkar ölkənin iradəsindən asılıdır.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Politico"ya verdiyi müsahibəsində deyib.

O bildirib ki, Ukrayna bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək.

"Təəssüf ki, hər şey bizdən asılı deyil. Amma başa düşməliyik ki, çox şey Rusiyanın iradəsindən asılıdır. Onlar təcavüzkardırlar və müharibəni mümkün qədər tez bitirmək üçün iradə təklif etmirlər və ya nümayiş etdirmirlər", - deyə siyasətşi vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna qoşunlarını Rusiya tərəfindən işğal edilmiş ərazilərdən çıxarmaqla müharibəyə son qoymaq təhlükəlidir.

“Düşünürəm ki, bu, böyük riskdir və bəlkə də tarixi bir səhvdir, çünki biz onları çox güclü istehkamlarla təmin edəcəyik. Biz onları çox güclü müdafiə xətləri ilə təmin edəcəyik və onların əhval-ruhiyyəsini dəstəkləyəcəyik”, - deyə siyasətçi əlavə edib.

Zelenski həmçinin qeyd edib ki, ukraynalılar yorğun olsalar da, əhval-ruhiyyələri yüksəkdir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
56
missiya.az

1Mənbələr