Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audiomaterialların müvafiq nişanlanma olmadan yayılması qadağan edilir, buna görə cərimələr müəyyənləşir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, foto, video və ya audiomaterialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək.
Layihəyə əsasən, "nişanlanma" dedikdə foto, video və ya audiomaterialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşüləcək.
Məlik Məlikov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.