AZ

Magne Bondevik: "Aİ artıq tək qalıb, ABŞ geri çəkilir"

Gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük əhəmiyyətə malik olacaq.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq tək qalıb, ABŞ tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir:

“Bu da təbii olaraq Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.

Sabiq Baş nazir qeyd edib ki, BMT-də, BMT Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklər olmalıdır:

“Çünki hazırkı vəziyyət ədalətli deyil. Afrikanın, Ərəb dünyasının Təhlükəsizlik Şurasında daimi yeri yoxdur. Aİ-dən isə cəmi iki ölkə orada iştirak edir”.

"Cebheinfo.az"

Seçilən
20
4
cebheinfo.az

5Mənbələr