
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına şübhəm yoxdur. Onun nə vaxt imzalanacağı ikinci dərəcəli məsələdir, amma imzalanacaq”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökümətin iclasından sonra jurnalistlərə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın mövqelərinin üst-üstə düşməsi indi daha aydın görünür, hətta sülh müqaviləsinin ilkin imzalanması şəraitində belə, sülh bərqərar olub:
"İndi sülhün möhkəmləndirilməsi və onun geri qaytarılmasının qeyri-mümkün edilməsi barədə danışırıq. Biz, Ermənistan Respublikasının vətəndaşları, bərqərar olmuş sülhün müdafiəsinə qalxmalı və onu dönməz hala gətirməliyik", - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, Ermənistan və Azərbaycan 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsini paraflayıblar.
Daşqın HəsənovMissiya.Az