
Gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük əhəmiyyətə malik olacaq.
APA xəbər verir ki, bunu Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq tək qalıb, ABŞ tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir: “Bu da təbii olaraq Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.
Sabiq Baş nazir qeyd edib ki, BMT-də, BMT Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklər olmalıdır: “Çünki hazırkı vəziyyət ədalətli deyil. Afrikanın, Ərəb dünyasının Təhlükəsizlik Şurasında daimi yeri yoxdur. Aİ-dən isə cəmi iki ölkə orada iştirak edir”.