AZ

Kosmonavt olmaq istəyənlərin NƏZƏRİNƏ: Tatuajlar SİLİNMƏLİDİR

Tatuaj kosmonavt olmaq istəyənlər üçün maneə yarada bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyası məlumat yayıb.

Bədənində tatuaj (döymə) olan şəxslər kosmonavtlığa namizədlik zamanı rədd cavabı almaq riski ilə üzləşə bilərlər.

Qurumun məlumatına görə, kosmonavtlar dəstəsinə seçim zamanı bədəndəki döymələrin olması ciddi şəkildə nəzərə alınır və bu, namizədin namizədliyinin ləğv edilməsinə səbəb ola bilər.

Bununla belə, bədənində tatu olan namizədlər müəyyən şərtlər daxilində seçim mərhələsindən keçə bilərlər. Bunun üçün tatuaj bədənin geyim tərəfindən tam bağlanan hissələrində yerləşməli və diametri 3 santimetrdən böyük olmamalıdır.

Həmçinin döymənin məzmunu yalnız qan qrupunu göstərən işarə və ya sadə hərf simvolikasından ibarət olmalıdır.

Lakin ən mühüm şərt odur ki, əgər namizəd bütün sınaqlardan uğurla keçərsə və dəstəyə qəbul olunarsa, kosmonavt kimi fəaliyyətə başlamazdan əvvəl həmin döyməni mütləq şəkildə sildirməlidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr