AZ

Tokayev yeni Konstitusiya layihəsində rus dilinin statusunun aşağı salınması iddialarını təkzib edib

Qazaxıstan prezidenti Kassım-Jomart Tokayev yeni Konstitusiya layihəsində rus dilinin statusunun aşağı salınması ilə bağlı iddiaları təkzib edib.

“İki sahil” xəbər verir ki,  məlumatı "Kazakhstan Today" agentliyi yayıb.

O, bu barədə yerli nümayəndəlik orqanlarının deputatlarının respublika forumunda çıxışı zamanı danışıb.

Prezident bildirib ki, yeni Konstitusiyanın mətninin həm qazax, həm də rus dillərində və eyni hüquqi qüvvə ilə rəsmi sənəd kimi dərc olunması bu məsələ ilə bağlı əlavə şərhlərə ehtiyac olmadığını göstərir.

“Yeni Konstitusiyanın mətninin qazax və rus dillərində, eyni hüquqi qüvvəyə malik rəsmi sənəd kimi dərc olunması çox şeyi göstərir və bunun nə şərhə, nə də bəraətə ehtiyacı var”, - deyə Tokayev qeyd edib. Kazakhstan Today agentliyi yayıb.

Seçilən
66
ikisahil.az

1Mənbələr