AZ

İranın Səudiyyə Krallığına atdığı bütün raket və dronlar məhv edilib

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman bu gün İranın Körfəz obyektlərinə hücumları davam etdiyi bir vaxtda türk, rumın və cənubi koreyalı həmkarları ilə ayrı-ayrı telefon danışıqları aparıb.

Hafta.az yazır ki, İran ABŞ-İsrail hücumlarına cavab olaraq körfəz qonşularına hücumları artırıb.

Dünən qısa fasilədən sonra saat 21:00-da Səudiyyə Ərəbistanına dron hücumları yenidən başlayıb, Şərq əyalətini və Şeyba neft yatağını hədəf alınıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi təsdiqləyib ki, bütün dronlar havada ikən məhv edilib.

Nazirlik əlavə edib ki, Əl-Xərcdəki Şahzadə Sultan Hava Bazasına yönəlmiş raketlər də vaxtında zərərləşdirilib.

Türkiyənin müdafiə naziri Yaşar Gülərlə telefon danışığında Şahzadə Xalid birgə təhlükəsizlik tədbirlərinə sadiqliyini bir daha təsdiqləyib və İranın təcavüzünü pisləyib.

Nazir eyni zamanda, rumıniyalı həmkarı Radu Miruta ilə söhbətində qlobal sabitliyə regional təhdidlər müzakirə edib.

Cənubi Koreyanın müdafiə naziri An Gyu-beklə telefon danışığı da İranın hərəkətlərini pisləməyə və daha geniş regional mənzərəni nəzərdən keçirməyə yönəlib.

Qeyd edək ki, ABŞ və İsrail qüvvələrinin İrana hücuma başaldığı 28 fevraldan bəri İran ordusu Körfəz ölkələrini və bölgədəki ABŞ-İsrail aktivlərini hədəfə alıb.

İran həmçinin qlobal neft və qaz axınları üçün vacib olan Hörmüz boğazından enerji daşınmalarına bloklayıb və bu da əmtəə qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

Seçilən
51
hafta.az

1Mənbələr