AZ

Növbəli iş və gecə növbəsi təşkil edilərkən işçinin ailə vəzifələri nəzərə alınmalıdırmı?

Bakı. Trend:

İş yerlərində növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecənövbəsinə işə təyin edilərkən, işçilərin ailə vəzifələrinin yerinəyetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldığı haldaişəgötürən tərəfindən onun bu ehtiyacları mümkün olduqda nəzərəalınmalıdır.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilir ki, bu ilin əvvəlindən əmək qanunvericiliyindəedilmiş son dəyişikliklərdən biri də bununla bağlıdır.

Belə ki, Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışıdaxil edilib ki, bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailəüzvünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar olaraq əməkfəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanlarıməhdudlaşan işçini nəzərdə tutur.

Məcəllədə həmin kateqoriyadan olan işçilərə işəgötürəntərəfindən əmək münasibətlərində güzəşt, imtiyaz və əlavətəminatların verilməsinin ayrı-seçkilik hesab edilmədiyi dəbildirilir.

Seçilən
28
5
az.trend.az

7Mənbələr