AZ

Krasnodar vilayətində neft bazası vuruldu Güclü yanğın baş verib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Krasnodar diyarı ərazisində yerləşən Tixoretsk rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra neft bazasının ərazisində yanğın baş verib.

“AzPolitika” xəbər verir ki, bu barədə regional operativ qərargah məlumat yayıb.

Rəsmi məlumata görə, yanğının ümumi sahəsi təxminən 150 kvadratmetr təşkil edir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı Tixoretsk şəhərinin sakinləri də güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə yanğının iki ayrı nöqtədə başladığı görünür.

Astra teleqram kanalının analitikləri ehtimal edir ki, obyektə eyni vaxtda bir neçə pilotsuz uçuş aparatı zərbə endirib, bu səbəbdən də ərazidə iki ayrı yanğın ocağı yaranıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr