AZ

Pedro Netudan örnək addım: İncitdiyi topdaşıyan uşağın könlünü necə aldı? - VİDEO

İngiltərənin “Çelsi” futbol komandasının futbolçusu Pedro Netu dünən PSJ ilə keçirilən gərgin matçın son saniyələrində yaşanmış xoşagəlməz hadisəni unudulmaz xatirəyə çevirib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın sonlarında vaxtı uzatdığını düşündüyü topdaşıyan uşağı itələyən ulduz oyunçu azarkeşlərin tənqidləri ilə üzləşmişdi. Lakin Netu matç bitən kimi böyüklük nümayiş etdirərək həmin uşağı tapıb, ondan üzr istəyib və oyun formasını hədiyyə edib.

Portuqaliyalı futbolçu hadisənin pərdəarxası məqamlarını bölüşərək, dil problemini komanda yoldaşının köməkliyi ilə həll etdiyini bildirib:

“Formamı ona verdim. Həqiqətən də baş verənlərə görə çox üzgünəm və ondan üzr istəməli olduğumu hiss etdim. Fransız dilim yaxşı deyil, buna görə də Vitinya yaxınlaşaraq mənim əslində elə biri olmadığımı uşağa izah etdi.”

Beləliklə, meydandakı gərginlik portuqaliyalı futbolçunun səmimi addımı sayəsində xoş görüntülərlə başa çatıb.

İdman.Biz
Seçilən
70
1
idman.biz

2Mənbələr