AZ

Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyası açıqlayıb.

Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də, kişilərin yarışında isə aprelin 6-da start veriləcək.

Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Qeyd edək ki, pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, "qızıl" set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

 

XVI turun oyun proqramı bəlli olub

UNEC-dən inamlı qələbə

Bakıda voleybol üzrə I və II dərəcəli məşqçi kursları keçiriləcək

Qadın voleybolçular arasında Yüksək Liqada XV tur start götürür

Yüksək Liqada XV tura start verilib

Seçilən
74
1
apasport.az

2Mənbələr