Bakı. Trend:
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb ƏmirlikləriHökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrəəməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanimzalayıb.
Fərmana əsasən, 2026-cı il fevralın 4-də Dubay şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş ƏrəbƏmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsiüzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyatakeçirilməsini təmin edəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi AnlaşmaMemorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxiliprosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb ƏmirlikləriHökumətinə bildiriş göndərməlidir.