“Tottenhem”in qapıçısı Antonin Kinski UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya qarşı oyunda 3 qol buraxaraq 17-ci dəqiqədə əvəzlənib.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı qolkiper mövsüm sonunda icarəyə verilə bilər.
Kinski 2025-ci ilin yanvarında London klubuna qoşulub və müqaviləsi 2029-cu ilin iyununda başa çatacaq.
Onun transfer qiyməti 13 milyon avrodur.