AZ

“Monako” PSJ-ni mövsümdə ikinci dəfə məğlub etdi - İCMAL

Fransa çempionatında 25-ci turun əsas oyunu PSJ ilə “Monako”nun dueli idi. Və “knyazlar” mövsümdə 2-ci dəfə parisliləri məğlub etdi. Bununla belə, “Monako” yalnız 7-ci pillədədi. PSJ lider olsa da, ən yaxın izləyicisi “Lans”ı cəmi 1 xal qabaqlayır. “Qan-qızılılar” autsayder “Mets”i darmadağın etməklə xalını 56-ya çatdırdı. 3-cü pillədə isə “Marsel” qərarlaşıb. “Tuluza”dan ölkə kubokunun 1/4 finalındakı məğlubiyyətin əvəzini çıxan cənublular “Lion”u arxada qoydu. Ona görə ki, “şirlər” “Paris”lə ev oyununda gözlənilmədən 2 xal itirdi.

Turun qalan oyunlarına gəlincə, “Renn” səfərdə “Nitsa”nı darmadağın etdi. “Lill” evdə “Loryan”ın müqavimətini qıra bilmədi: komandalar hərəyə bir qol vurdu. “Oser” – “Strasbur” oyununda da qalib müəyyənləşmədi. “Nant” evdə “Anje”yə, “Havr” səfərdə “Brest”ə uduzdu.

25-ci tur
PSJ – Monako 1:3

Barkolya, 71 – Akliuş, 27. Qolovin, 55. Baloqun, 73. (47000)
PSJ: Safonov, Hakimi, Zabarnı, Paço, Mendeş, Zair-Emeri, Vitinya, Fernandes (Li Kan İn, 60), Due (Mayulu, 60), Barkolya (Ramuş, 75), Kvaratsxeliya (Dembele, 60).

Tuluza – Marsel 0:1
Qrinvud, 18. (31809)
Marsel: Rulyi, Vea, Balerdi, Pavar, Medina, Kondoqbia (Nadi, 66), Höybyerq, Qrinvud (Quiri, 66), Timber (Vermeren, 82), Payşao, Obameyanq (Emerson, 83).

Lans – Mets 3:0
Əbdülhəmid, 44. Toven, 46. Aydara, 52. (37381)

Lion – Paris 1:1
Tolisso, 90+6-p. – Munetsi, 63. (42148)

Nitsa – Renn 0:4
Lepol, 13. Şimanski, 20. Blyas, 74. Mukyele, 90+2. (21134)

Lill – Loryan 1:1
Fernandes-Pardo, 65 – Avom, 90+3. (42082)

Oser – Strasbur 0:0
(16237)

Nant – Anje 0:1
Sbai, 52. (25142)

Brest – Havr 2:0
Del Kastilyo, 45+2. Ajork, 71. (14601)

1. PSJ 25 18 3 4 54-22 57
2. Lans 25 18 2 5 48-21 56
3. Marsel 25 14 4 7 52-33 46
4. Lion 25 14 4 7 40-27 46
5. Renn 25 12 7 6 42-35 43
6. Lill 25 12 5 8 38-32 41
7. Monako 25 12 4 9 43-37 40
8. Strasbur 25 10 6 9 40-31 36
9. Brest 25 10 6 9 34-34 36
10. Loryan 25 8 10 7 35-39 34
11. Anje 25 9 5 11 23-30 32
12. Tuluza 25 8 7 10 33-29 31
13. Paris 25 6 9 10 29-41 27
14. Havr 25 6 8 11 20-32 26
15. Nitsa 25 6 6 13 30-48 24
16. Oser 25 4 7 14 19-35 19
17. Nant 25 4 5 16 22-42 17
18. Mets 25 3 4 18 22-56 13

Bombardirlər:
Qrinvud (Marsel) - 15, Paniçelli (Strasbur) - 14, Lepol (Renn) – 13, Said (Lans), Barkolya (PSJ) - 10.

Turun rəqəmi
1 – “Real”a məxsus olsa da, yanvardan bəri icarə əsasında “Lion”un formasını geyən Endrik ilk dəfə “şirlər”in start heyətinə düşmədi. Halbuki ardıcıl 9 oyunda ilk dəqiqədən meydanda olmuşdu. Braziliyalı çempionatda keçirdiyi 7 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Turun ulduzu
Folarin Baloqun (Monako) – komandasının vurduğu üç qolun hər birində payı var. Akliuş 27-ci dəqiqədə məhz amerikalı hücumçunun ötürməsindən sonra hesabı açdı. 2-ci qolda Baloqun zərbə vurdu, Vitinyadan dönən topu Qolovin təkrar zərbə ilə qola çevirdi. 3-cü qolu isə məhz Nideriya mənşəli amerikalı özü vurdu.

Turun sitatı
Pyer Saj, “Lans”ın baş məşqçisi:
“Hələ bir neçə zirvəni də aşmalıyıq. Ancaq çempionatın sonuna 9 tur qalmış PSJ-dəncəmi 1 xal geridə olmaq da özü-özlüyündə uğurdu. İndi ən vacib məsələ bu konsentrasiyanı qorumaq, tempi aşağı salmamaqdı”.
Seçilən
70
football-plus.az

1Mənbələr