ADMİU-nun Kulturologiya fakültəsinin Sosiologiya ixtisasının IV kurs tələbələri müəllim Rəhim Həsənovun rəhbərliyi ilə Bakı İctimai Əməkdaşlıq Mərkəzində istehsalat təcrübəsini uğurla keçiblər. Tələbələr təcrübə zamanı nəzəri biliklərini praktikada tətbiq edib, sosial layihələr və ictimai əməkdaşlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdiriblər.
QHT.az bildirir ki, bu cür təcrübələr tələbələrin peşəkar hazırlığının gücləndirilməsi və gələcək karyera perspektivlərinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Zəhra Ağayeva