AZ

Adını Messi və Ronaldo ilə birlikdə tarixə yaza bilər: Şans yarandı

Meksika millisinin qapıçısı Gilyermo Oçoa tarixə düşə bilər.

Publika.az xəbər verir ki, o, futbol üzrə dünya çepionatlarına ən çox qatılan futbolçulardan biri ola bilər.

Buna səbəb yığmanın və “Amerika” klubunun qapıçısı Luis Malaqonun ciddi zədə almasıdır. 29 yaşlı qolkiper KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Filadelfiya Union”a qarşı keçirilən oyunda (1:0) sıradan çıxıb. Aparılan müayinələr nəticəsində Malaqonda Axilles vətərinin qopması aşkarlanıb.

DAZN-in məlumatına görə, bu zədə səbəbindən Meksika millisinin qapıçısı 2026-cı il dünya çempionatını buraxacaq.

Malaqonun zədəsi 40 yaşlı təcrübəli qapıçı Gilyermo Oçoaya ev sahibliyi edəcəkləri mundialın iştirak ərizəsinə düşmək şansı yarada bilər. ABŞ və Kanadanın da qəbul edəcəyi turnir Kiprin AEL klubunda çıxış edən Oçoa üçün karyerasında altıncı dünya çempionatı ola bilər.

Seçilən
43
publika.az

1Mənbələr