Bakı. Trend:
Yaxın Şərqdə geniş miqyaslı uçuş ləğvləri və LPG təchizatındaciddi pozuntular səbəbindən mart və aprel aylarında qlobal nefttələbatının əvvəlki proqnozlarla müqayisədə təxminən gündəlik1milyon barel azalacağı gözlənilir.
Trend xəbərverir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA)hesabatında bildirilib.
Hesabatda vurğulanıb ki, yüksək neft qiymətləri və qlobaliqtisadiyyat üçün artan risklər də proqnoza mənfi təsir göstərir:“Nəticədə 2026-cı ildə qlobal neft istehlakı əvvəlki ilə nisbətəngündəlik 640 min barel artacaq, bu isə əvvəlki proqnozdan gündəlik210 min barel azdır.
Neft qiymətləri 28 fevralda ABŞ və İsrailin İrana qarşı birgəhava zərbələri endirməsindən sonra kəskin dəyişkən olub. Regionunneft infrastrukturuna hücumlar və Hörmüz boğazından tankerhərəkətinin dayanması səbəbindən Brent fyuçerslərinin qiyməti,demək olar ki, 120 dollar/barel səviyyəsinə çatdı. Sonradanqiymətlər bir qədər aşağı düşsə də, bu hesabat hazırlanarkən Brenttəxminən 92 dollar/barel səviyyəsində idi ki, bu da ay ərzində 20dollar artım deməkdir”.
BEA-nın ehsabatında billdirilib ki, qlobal neft bazarı YaxınŞərqdəki müharibənin nəticələri ilə üzləşir: “Regionda enerjiinfrastrukturuna birbaşa ziyan vurulmasından əlavə, böhran Hörmüzboğazından tanker hərəkətinin, demək olar ki, tam dayanmasına səbəbolub. Hazırda təxminən gündəlik 20 milyon barel həcmində xam neftvə məhsul ixracı pozulub və dünyanın ən vacib neft tranzit boğazınıalternativ marşrutlarla əvəz etmək üçün imkanlar məhduddur. Buvəziyyət həm istehsalçılara, həm də istehlakçılara ciddi təsiredir. Müharibə başlayandan bəri benchmark neft qiymətləri 20dollar/barel artaraq 92 dollar/barel səviyyəsinə çatıb və məhsulbazarlarında artım daha da böyük olub”.
Hesabatda vurğulanır ki, hazırda limanlarda yük yükləyə bilən vəya yükləməyə razı olan gəmilərin sayı çox azdır və daxili anbarlarsürətlə dolur: “ Buna görə region istehsalçıları hasilatı azaltmağavə ya müvəqqəti dayandırmağa məcbur olurlar. Vəziyyət sürətlədəyişdiyindən və məlumatlar bəzən qeyri-şəffaf olduğundan dəqiqqiymətləndirmə çətindir. Lakin hesablamalara görə xam neft hasilatıən azı gündəlik 8 milyon barel azaldılıb, əlavə olaraq gündəlik 2milyon barel kondensat və NGL istehsalı da dayandırılıb. Ən böyükazalmalar İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındamüşahidə olunur”.
“Pozuntular yalnız hasilat və ixracla məhdudlaşmır. Bir sıraneft emalı zavodları və qaz emalı müəssisələri hücumlar vətəhlükəsizlik səbəbləri ilə bağlanıb. Hörmüz boğazının bağlanmasıixrac yönümlü emal zavodlarını da istehsalı azaltmağa və ya tamdayandırmağa məcbur edir, çünki məhsul anbarları dolur. Gündəlik 4milyon bareldən çox emal gücü risk altındadır. 2025-ci ildə Farskörfəzi ölkələri təxminən gündəlik 3,3 milyon barel emal olunmuşməhsul və gündəlik 1,5 milyon barel LPG ixrac edirdi. Digərregionlarda emalı artırmaq mümkün olsa da, xammal çatışmazlığı əsasməhdudiyyət olacaq. Buna görə bəzi ölkələr artıq neft məhsullarınınixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Xüsusilə dizel vəaviasiya yanacağı bazarları Yaxın Şərqdən uzunmüddətli təchizatitkilərinə qarşı daha həssas görünür”, - məlumatda qeyd edilib.
Eyni zamanda hesabatda bildirilib ki, Yaxın Şərqdəki böyük havalimanlarında uçuşların dayandırılması və bunun digər regionlardakıtranzit mərkəzlərinə təsiri qlobal aviasiya yanacağı tələbatınıazaldıb: “LPG və nafta təchizatının kəskin azalması artıqneft-kimya zavodlarını polimer istehsalını azaltmağa məcbur edir.Bu isə Fars körfəzi petrokimya məhsullarının axınındakı itkiləridaha da artırır. LPG-nin xüsusilə Hindistan və Şərqi Afrikada yeməkbişirmə və isitmə üçün istifadəsi də risk altındadır. Ümumilikdəisə yüksək neft qiymətləri və zəifləyən iqtisadi perspektiv bütünneft məhsullarına olan tələbatı azaldır. Bu səbəbdən mart və aprelayları üçün qlobal neft tələbatı artımı proqnozu orta hesablagündəlik 1 milyon bareldən çox azaldılıb, 2026-cı il üzrə proqnozisə gündəlik 210 min barel azaldılaraq gündəlik 640 min barelsəviyyəsinə endirilib”.