AZ

Oyuna gecikdilər, kaş ki, gəlməyəydilər - VİDEO

Türkiyənin Regional Həvəskarlar Liqasında qeyri-adi hadisə baş verib.

İdman.Biz xəbər verir ki, “Kırcasalihspor” komandası “Keşanspor” ilə keçiriləcək matça son anda yetişə bilib.

Qarşılaşmaya gecikmə ilə qatılan qonaq komanda üçün oyun uğurlu alınmayıb. Meydana çıxmaqda çətinlik çəkən “Kırcasalihspor” rəqibinin hücumlarının qarşısını ala bilməyib.

Gərgin keçməsi gözlənilən qarşılaşma “Keşanspor” klubunun 13:0 hesablı darmadağın qələbəsi ilə başa çatıb.

İdman.Biz
Seçilən
48
1
idman.biz

2Mənbələr