Martın 23-24-də Daşkənddə innovasiyalar, rəqəmsallaşma və regenerativ kənd təsərrüfatına həsr olunmuş beynəlxalq aqrobiznes forumu keçiriləcək. Bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən yerli KİV-lər məlumat yayıb.
Özbəkistan və İtaliya kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir Mərkəzi Asiya ölkələri, Azərbaycan və İtaliya arasında tərəfdaşlığın gücləndirilməsinə yönəlib. Forumda iştirak edəcək aparıcı ekspertlər və sahibkarlar müasir texnologiyaların tətbiqi, aqroekosistemlərin davamlı inkişafı və investisiyaların cəlb edilməsi kimi məsələləri müzakirə edəcəklər. Proqramın vacib hissəsini isə təcrübə mübadiləsi və birgə layihələrin işə salınması üçün imkan yaradan B2B formatlı görüşlər təşkil edəcək.