AZ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi proqram təminatı və rəqəmsal platforma abunəliklərinin uzadılması xidmətinə 340 min sərf edəcək

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” public hüquqi şəxsi proqram təminatı və rəqəmsal platforma abunəliklərinin bir illik uzadılması xidmətinə 340 619 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsait “Buz Tech” MMC-yə ödəniləcək.

 

Agentlik və şirkət arasında müqavilə bağlanıb. Siyahıya 11 xidmət daxildir.

 

Cabir

Tarix: 12 Mart 2026, 15:26   
Seçilən
18
pravda.az

1Mənbələr