AZ

Klopp Almaniya millisini çalışdıra bilər

Yurgen Klopp 2026-cı il dünya çempionatından sonra Almaniya millisinə rəhbərlik edə bilər.

Msport.az xəbər verir ki, milliyə hazırda Yulian Nagelsmann rəhbərlik edir, lakin komanda DÇ-2026-da layiqli performans göstərə bilməsə, onun məşqçi kimi gələcəyi təhlükə altında ola bilər.

Almaniya millisi DÇ-2014-ü qazansa da, 2018 və 2022-ci il turnirlərində qrup mərhələsini keçə bilməyib. Qarşıdan gələn turnirlə bağlı gözləntilər yüksəkdir və Nagelsmanna qarşı tələblər əhəmiyyətlidir.

Daha əvvəl “Red Bull”un Yurgen Kloppun qlobal futbol rəhbəri kimi fəaliyyətindən narazı olduğu bildirilirdi. Yurgen Klopp bu vəzifəni 2025-ci ildən bəri tutur. Lakin “Red Bull” onun bu yay məşqçiliyə qayıtmasına mane olmayacaq. Son həftələrdə Kloppla “Real” da əlaqə saxlayıb.

Seçilən
9
2
msport.az

3Mənbələr