
Yaxın Şərqdə münaqişənin gərginləşməsindən bəri İran, Livan və İsraildə 1800-dən çox insan həlak olub, 12 min 500-dən çox insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu rəqəmləri martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə səhifəsində dərc edib.
“İranda 1300-dən çox insan ölüb, 9000 nəfər yaralanıb, Livanda ən azı 570 nəfər ölüb, 1400-dən çox insan yaralanıb, İsraildə isə 15 nəfər ölüb, 2142 nəfər yaralanıb”, - ÜST baş direktoru bildirib.
Qebreyesus həmçinin regionda səhiyyə müəssisələrinə edilən hücumların sayının artdığını qeyd edib. 28 fevraldan bəri ÜST səhiyyə müəssisələrinə İranda 18, Livanda 25 və İsraildə iki hücum qeydə alıb.