AZ

Qlobal neft ehtiyatları 2021-dən bəri ən yüksək səviyyəyə çatıb - BEA

Bakı. Trend:

Qlobal neft ehtiyatlarının ümumi həcmi hazırda 8,2 milyardbareldən çoxdur, bu da 2021-ci ilin fevralından bəri ən yüksəksəviyyədir.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA)hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, bu ehtiyatların təxminən yarısıİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrindədir.Qeyd edilib ki, onlardan 1,25 milyard barel hökumətlərin fövqəladəehtiyatları, əlavə 600 milyon barel isə dövlət öhdəlikləriçərçivəsində saxlanılan sənaye ehtiyatlarıdır: “BEA üzv ölkələri 11mart tarixində bazara 400 milyon barel fövqəladə ehtiyat buraxmaqbarədə razılığa gəldilər. Bu əlavə neft ehtiyatları müxtəlifölkələrin milli şəraitindən asılı olaraq ehtiyatların bazaraçıxarılması və digər tədbirlər vasitəsilə təmin ediləcək”.

“Bu koordinasiya olunmuş ehtiyat buraxılışı bazar üçün mühüm vəmüsbət rol oynayır. Lakin münaqişə tezliklə həll olunmasa, butədbir yalnız müvəqqəti həll hesab olunur. Müharibənin neft və qazbazarlarına, eləcə də qlobal iqtisadiyyata təsiri yalnız hərbihücumların intensivliyindən və enerji infrastrukturuna dəyənzərərdən deyil, həm də Hörmüz boğazından gəmi daşımalarının nəqədər müddətə pozulacağından asılı olacaq. Daşımaların bərpası üçünsığorta mexanizmlərinin və gəmilərin fiziki təhlükəsizliyinin təminedilməsi əsas şərtlərdən biridir və bu, neft bazarı üçün həyatiəhəmiyyət daşıyır”, - məlumatda vurğulanıb.

Seçilən
27
az.trend.az

1Mənbələr