AZ

Rusiya təyyarəsi Lənkəran aeroportuna endi Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisi vasitəsilə İrana dərman preparatları göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in Mətbuat xidmətindən bildirilib.

“Rusiya Prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq və Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə qurumun aviasiyası vasitəsilə dərman preparatlarının sonradan İran hökumətinin səlahiyyətli nümayəndələrinə ötürülməsi üçün Azərbaycana çatdırılması təşkil ediləcək”, - məlumatda deyilir. 

Ümumilikdə humanitar yardım qismində 13 ton dərman preparatının çatdırılacağı bildirilir.

***

AZƏRTAC-ın məlumatına görə, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.

On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.

Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
19
qafqazinfo.az

10Mənbələr