AZ

İranda Xameneyi və Laricani fraksiyaları üz-üzə

İsrailin “Channel 14” telekanalının məlumatına görə, Əli Xameneyinin öldürülməsindən sonra İran rejimi daxilində ciddi hakimiyyət mübarizəsi yaşanır.

Bildirilir ki, hazırda ölkə daxilində iki əsas siyasi fraksiya arasında qarşıdurma formalaşıb.

Birinci qrup Müctəba Xameneyinin ətrafında birləşib. Bu fraksiyanın SEPAH da daxil olmaqla təhlükəsizlik strukturlarının dəstəyi ilə hərəkət etdiyi vurğulanıb. Qrupun əsas tərəfdarları arasında İranın keçmiş daxili işlər naziri və SEPAH komandanı Əhməd Vəhidi və parlament sədri Məhəmməd Baqir Qalibafın olduğu bildirilir.

Digər fraksiya isə İranın tanınmış siyasi ailələrindən biri olan Laricani qardaşlarının ətrafında formalaşıb. Bu qrupun liderləri Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və onun qardaşı, Məhkəmə-Ədliyyə Sisteminin sabiq rəhbəri Sadiq Laricani hesab olunur. Bu barədə "Independent Persian" nəşri yazır.

Seçilən
96
anspress.com

1Mənbələr