İran öz adalarına qarşı aqressiya baş verərsə, artıq təmkin göstərməyəcək.
“İki sahil” xəbər verir ki, bunu ölkənin Məclis sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“İran adalarının ərazisinə qarşı hər hansı aqressiya olarsa, biz artıq təmkin göstərməyəcəyik. Biz hər cür təmkindən imtina edəcəyik və Fars körfəzini işğalçıların qanı ilə dolduracağıq”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Qalibaf əlavə edib ki, “amerikalı hərbçilərin qanı ABŞ prezidenti Donald Trampın vicdanı üzərində olacaq”.