AZ

Azərbaycanın veteran güləşçisi: “İdmançı əsgər kimidir, məşqçi nə deyirsə, onu etməlidir” - MÜSAHİBƏ

“Azərbaycan güləşində ağır çəkidə həmişə müəyyən çatışmazlıq olub. Yüngül çəkilərdə isə səviyyə kifayət qədər yüksəkdir”.

Bunu Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında iştirak edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iranlı məşqçisi Sabah Şəriəti AZƏRTAC-a müsahibəsində deyib.

“Rio-de-Janeyro-2016” Yay Olimpiya Oyunlarının bürünc, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı idmançı karyerasından məşqçiliyə keçid, Azərbaycan güləşində ağır çəki ilə bağlı vəziyyət və gələcək hədəfləri barədə danışıb.

Həmin müsahibəni təqdim edirik.

- İdmançı karyerasını bitirib birbaşa məşqçi kimi fəaliyyətə başlamaq sizin üçün necə hissdir? Xalçanın üzərində, yoxsa kənarında olmaq daha çətindir?

- Çətin sualdır, amma məncə, məşqçi olmaq daha məsuliyyətli və ağırdır. Çünki idmançı ancaq özü barədə düşünür və öz nəticəsinə görə məsuliyyət daşıyır. Amma məşqçi olandan sonra artıq bütün komanda haqqında düşünməlisən. Hər bir uşağı, hər bir şəraiti nəzərə almalısan və belə olan halda məsuliyyət daha da ağırlaşır. Bir məşqçi kimi həm psixoloji, həm texniki, həm taktiki baxımdan hər şeyə nəzarət etməlisən. İdmançı olanda isə bunu düşünmürsən. İdmançı əsgər kimidir, məşqçi nə deyirsə, onu da etməlidir.

- Hazırda yığmada ağır çəkidə (130 kiloqram) sizin yerinizi tuta biləcək perspektivli gənclər varmı?

- Azərbaycan güləşində ağır çəkidə həmişə müəyyən çatışmazlıq olub. Yüngül çəkilərdə isə səviyyə kifayət qədər yüksəkdir. Amma ağır çəkilərdə bir az çətinlik yaşayırıq. Azərbaycanlıların fiziki quruluşuna görə ağır çəkidə idmançıların sayı az olur. Buna görə də səviyyə bir qədər aşağıdır. Amma çalışırıq ki, ağır çəki üçün də idmançıları hazırlayaq və bu sahədə dəyişiklik edək. Təbii ki, hazırda bir az çətindir, amma optimist yanaşırıq. Ümid edirəm ki, gələcəkdə daha güclü idmançılar yetişdirə biləcəyik və bu sahədə də inkişaf olacaq. Bu isə yavaş-yavaş baş verəcək.

İdman.Biz
Seçilən
23
2
idman.biz

3Mənbələr