AZ

Polis daha bir tiktokeri saxlayıb

Sosial şəbəkələrdə əxlaq normalarına uyğun olmayan paylaşımların qarşısının alınması məqsədilə polis əməkdaşlarının profilaktik tədbirləri davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, DİN-dən verilən məlumata görə, bu çərçivədə "TikTok" platformasında canlı yayım zamanı təhqiramiz ifadələr işlədən Əliqismət Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı onun barəsində internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə görə protokol tərtib edilib.

Müvafiq qərara əsasən, Əliqismət Nəzərov inzibati qaydada həbs olunub.

"Cebheinfo.az"

Seçilən
48
cebheinfo.az

1Mənbələr