AZ

Azərbaycan və Çin Orta Dəhlizlə bağlı investisiya imkanlarını müzakirə edib

ain.az bildirir, 525.az portalına istinadən.

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" (AZCON) və Çinin "COSCO Shipping" şirkəti arasında Orta Dəhliz bağlantısının gücləndirilməsi üçün potensial birgə investisiya imkanlarının araşdırılması məsələləri müzakirə edilib.

525.az AZCON-a istinadən xəbər verir ki, bu barədə müzakirələr holdinqin icraçı direktoru Şahin Babayevin Çinə səfər çərçivəsində "COSCO Shipping" Qrupunun İdarə Heyətinin üzvü b Li Yunquinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüş zamanı Orta Dəhliz bağlantısının gücləndirilməsi istiqamətində strateji dialoqun inkişafı da müzakirə edilib.

Həmçinin dəniz əməliyyatları üçün rəqəmsal həllər, limanların idarə edilməsi təcrübəsi və inteqrasiya olunmuş logistika modelləri üzrə əməkdaşlıq da daxil olmaqla, bilik və təcrübə mübadiləsi çərçivəsinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
525.az

1Mənbələr