AZ

Vətəndaşlar onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcək

"Maliyyə-bank sektorunda kibercinayətlərin və onlayn fırıldaqların qarşısını almaq üçün yeni mexanizmlər hazırlanıb. Aidiyyəti qurumlarla real vaxt rejimində məlumat mübadiləsi aparan sistem qurulub, FIN-CERT strukturu yaradılıb və banklar üçün daha sərt təhlükəsizlik tələbləri hazırlanır".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, onlayn kreditlərlə bağlı “STOP” xidməti də işə salınacaq:

"Bu xidmət vasitəsilə vətəndaşlar bank sistemində özləri üçün onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcəklər. Xatırladıram ki, qonşu ölkələrdə bu xidmət xeyli öncədən təqdim edilir".

Seçilən
56
1
unikal.az

2Mənbələr