AZ

Tarixin 12 martı...

Bu gün tarixin vərəqlərində 12 martdayıq.

Hit.az bildiri ki, bu gün Azərbaycanda Daxili Qoşunların yarandığı gündür. 

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmçinin, ölkə və dünya tarixində bir sıra mühüm hadisələr bu tarixə təsadüf edir. Görkəmli şəxslərin bəzilərinin doğum, bəzilərinin isə vəfat tarixi də bu gündədir. Elə isə tarixin 12 martına nəzər salaq...

12 martda nələr baş verib?

1992-ci ildə Azərbaycan və İran arasında diplomatik əlaqələr qurulub. 1938-ci ildə Almaniya Avstriyanı işğal edib. 1993-cü ildə Şimali Koreya Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsindən çıxıb və müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməkdən imtina edib. 1999-cu ildə Çexiya, Macarıstan və Polşa NATO-nun üzvü olub. 2020-cı ildə ABŞ koronavirus pandemiyası səbəbindən Avropadan bütün səyahətləri dayandırıb. 

12 martda doğulanlar:
1872-ci ildə Aşıq Mirzə Bilal, 1904-cü ildə Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, 1933-cü ildə Xalq şairi Cabir Novruz, 1957-ci ildə Xalq artisti, aktyor Məbud Məhərrəmov, 1987-ci şahmatçı Teymur Rəcəbov dünyaya gəlib. 

Həmçinin, 1922-ci ildə yazıçı və şair Cek Keruak, 1952-ci ildə türkiyəli dövlət xadimi Hulusi Akar, 1954-cü ildə Kamerun baş naziri Jozef Nqyut, 1969-cu ildə türkiyəli aparıcı və aktyor Beyazıt Öztürk və 1988-ci ildə yunan futbolçu Kostas Mitroğlu doğulub.

12 martda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Elgiz Kərimov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1896-cı ildə xalq qəhrəmanı Qaçaq Nəbi, 1969-cu ildə memar Ənvər Qasımzadə, 1980-ci ildə Əməkdar elm xadimi, fizik Lətif İmanov, 2017-ci ildə musiqişünas, professor Səadət Abdullayeva, 2019-cu ildə dövlət xadimi Musa Məmmədov və nüvə alimi Fəraməz Əkbərian, 2020-cı ildə Əməkdar artist, aktyor Adil Zeynalov vəfat edib.

Həmçinin, 1925-ci ildə çinli siyasətçi Sun Yatsen, 1937-ci ildə fransız bəstəkar Şarl-Mari Vidor və 2018-ci ildə rus aktyor Oleq Tabako dünyasını dəyişib.

Pərviz

Seçilən
74
hit.az

1Mənbələr