AZ

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 72 min 136 nəfərə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 136 nəfərə çatıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölən və yaralananların sayı barədə yazılı açıqlama yayıb.

Bəyanatda bildirilib ki, son 24 saat ərzində İsrail hücumları nəticəsində ölən bir fələstinli və yaralanan doqquz nəfər xəstəxanalara çatdırılıb.

Atəşkəs rejiminin tətbiqindən bəri ölənlərin sayının 651-ə, yaralıların sayının isə 1741-ə çatdığı və bu müddət ərzində dağıntılar altından 756 cəsədin çıxarıldığı vurğulanıb.Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarında yaralıların sayı isə 171.839-a çatıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
49
missiya.az

1Mənbələr