AZ

"Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir" - Hikmət Hacıyev

"Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir, lakin bu məsələdə çox fərqli bir yanaşma görünür".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Sülh və təhlükəsizlik məsələlərinə dair böyük böhran var. Bu, birbaşa BMT-nin Təhlükəsizlik Şurası ilə bağlıdır. Şuranın qlobal təhlükəsizlik məsələsində zəifliyi də var", - o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üçün çoxtərəflilik yalnız sözdə deyil, əməldə də vacibdir:

"Qoşulmama Hərəkatında bununla bağlı fikirlər ziddiyyətli idi. Lakin Azərbaycanın sədrliyi dövründə təşkilat müxtəlif ölkələr arasında əməkdaşlığa yol açdı. COP-29-da da Azərbaycanın effektiv sədrliyi sayəsində çox mühüm qərarlar qəbul olundu. Azərbaycan Türk Dövlətləri Təşkilatında da fəal rol oynayır. Təşkilatın qurulmasında və genişlənməsində ölkəmizin önəmli rolu var".

Seçilən
12
unikal.az

1Mənbələr