AZ

Azərbaycanda 100 yaşlı tarixçi alim vəfat etdi


Azərbaycanda tarix elmləri doktoru,professor, əməkdar müəllim Xəlil Süleyman oğlu Köçərli 100 yaşında vəfat edib.

Medicina.az xəbər verir ki, X. Köçərli 1925-ci ildə Gədəbəydə anadan olub.
O, 50 il Azərbaycan Dövlət Pedaqoji Universitetində professor olaraq çalışıb. Qarabağla bağlı bir neçə elmiməqalənin müəllifidir.

Son 10 ildə elmi araşdırmalarla məşğul olub.

Professorun sağlığında heç bir ciddi problem olmayıb, o, qəfildən vəfat edib.


Qeyd edək ki, Xəlil Köçərli “Əlivə Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin əmisi idi/

Allah rəhmət eləsin!


Seçilən
84
2
medicina.az

2Mənbələr