
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanlarından olan İsmayıl Dehqan Ərak şəhərində həlak olub.
Missiya.Az xəbər verir ki, bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Bildirilib ki, Dehqan iki gün öncə Ərak şəhərinin Hafeziyə məhəlləsində ABŞ-İsrail qüvvələri tərəfindən hədəfə alınıb və zərbə nəticəsində öldürülüb.
Bəzi məlumatlarda onun hücumdan əvvəl qayınanasının evində gizləndiyi qeyd olunub.
Hücum zamanı Dehqanın olduğu evə zərbə endirildiyi əlavə olunub.
Hava zərbələri nəticəsində həmçinin Dehqanın ailə üzvlərindən bəzilərinin də həyatını itirdiyi vurğulanıb.
Daşqın HəsənovMissiya.Az