AZ

Ümumdünya İstehlakçı Hüquqları Günü ilə bağlı tədbir keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.Metbuat.az xəbər verir ki, 15 mart günü 1962-ci ildə C. Kennedinin Konqresi açarkən söylədiyi çağırışla - “Biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” - gündəmə gəlib. 1997-ci ildən başlayaraq “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) 15 mart - beynəlxalq istehlakçı gününü şəhərin mərkəzində yerləşən küçələrdə maarifləndirici şüarlarla küçə nümayişləri etməklə qeyd edib. 1998-ci ildə AİİB beynəlxalq istehlakçı təşkilatı CONSUMER INTERNATIONAL-a üzvlüyə qəbul edilib.Çox sevindirici haldır ki, 15 mart günü artıq dövlət orqanları səviyyəsində də qeyd olunur. Bu gün keçirilən tədbirin çağırışı “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusuna həsr olunub. Tədbirin gündəliyi son dərəcə aktual məsələyə həsr olunub və tədbirdə məruzə və təqdimatlar dinlənilib.Məruzələr tədbirin çağırışına uyğun olaraq istehlakçı hüquqlarının qorunması baxımından ən müasir problemlərə həsr olunub.Məruzələr arasında ən diqqət çəkən məqam Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışı olub. Məruzəçi müasir şəraitdə istehlakçı hüquqlarının ən çox pozulduğu məsələləri qeyd etməklə yanaşı, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edib. O, həmçinin müasir texnologiyaların cinayətkar şəxslərin əlində vasitəyə çevrildiyini vurğulayaraq bu hallarla mübarizənin effektiv üsulları barədə geniş məlumat verib.

Təqdimatlarda Gülnar Hüseyn, Ramil Əşrəfov və Yusif Tapdıqlının verdiyi məlumatlar istehlakçı maarifləndirilməsi baxımından, müasir rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə istehlakçı davranışı baxımından yüksək qiymətləndirilib.

Seçilən
108
3
metbuat.az

4Mənbələr