PSJ və “Mançester Siti” Antoni Qordonu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, hər iki klub “Nyukasl”ın 25 yaşlı vingeri üçün danışıqlara başlayıb. Qordonun klubla müqaviləsi 2030-cu ilin iyuluna qədərdir və onun komandanı tərk edib-etməyəcəyi hələ məlum deyil.
İngiltərə millisinin üzvü olan futbolçu karyerası ərzində “Everton” və “Preston”da çıxış edib, 2023-cü ildə isə “Nyukasl”a transfer olunub.
Bu mövsüm o, Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçirilən oyunda (6:1) pokerə imza atıb.